Bu gecə bitkoinin qiyməti 8 min ABŞ dollarından aşağı düşüb.
Buna səbəb martın 19-20-də Buenos-Ayresdə keçiriləcək G20 sammitində kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı gözlənilən müzakirələrdir.
Son günlər kriptovalyuta bazarı, xüsusilə bitkoinlə bağlı bədbin xəbərlərin yayılması bu bazarın ümumi kapitallaşmasının 300 mlrd. dollar düşməsinə səbəb olub. Belə ki, "Facebook" sosial şəbəkəsindən sonra "Google"da kriptovalyutaların reklamına qadağa qoyduğunu açıqlayıb. Həmçinin Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristin Laqard kriptovalyutalara nəzarəti gücləndirməyin zəruri olduğunu deyib.
Xatırladaq ki, bitkoinin inkdiki səviyyədə kapitallaşması bu il fevralın 6-da qeydə alınıb. Həmin vaxt kriptovalyutaya investisiyalar 277 mlrd. dollar təşkil edib. Bu bazarın rekord həddə kapitallaşması isə bu il yanvarın 8-də (830 mlrd. dollar) baş verib. Hazırda bu göstərici rekord həddən 64% və yaxud 530 mlrd. dollar aşağıdır.
"Report"un analitik qrupu kriptovalyutalarda satışların həftənin sonuna qədər davam edəcəyini, daha sonra bazarın sabitləşəcəyini və tədricən yüksəlişə keçəcəyini proqnozlaşdırır. Buna səbəb, hazırkı qlobal iqtisadi vəziyyətdə G20 ölkələrinin hər hansı sərt açıqlama verərək maliyyə böhranına səbəb olmaq istəməməsidir. report