Vergilər naziri Mikayıl Cabbarov Niderlandın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerverslə görüşüb.
"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Report"a Vergilər Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə iki ölkənin vergi orqanları arasında ikitərəfli əməkdaşlığın mövcud durumu, Vergilər Nazirliyi ilə Niderlandın Vergi və Gömrük Administrasiyası arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüş zamanı, Azərbaycanda fəaliyyət göstərən Niderland şirkətlərinin fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb.