Bu ilin oktyabr ayında Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağında qazma işləri aparılan növbəti quyunun istismara verilməsi nəzərdə tutulur.
"Ucnoqta.az" xəbər verir ki, “Report” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.
Qeyd edək ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.
2012-ci ildə “Ümid” yatağında hasilata başlanılıb. Hazırda yataqda 10 və 14 nömrəli iki istismar quyusu fəaliyyət göstərir.