"Azərbaycan Turizm Assosiasiyasının (AzTA) Hindistanda nümayəndəliyi açılıb. Hazırda iki ölkə arasında birbaşa aviareysin açılması istiqamətində danışıqlar aparılır."
"Ucnoqta.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında AzTA-nın İdarə Heyətinin sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Hindistanın Turizm Assosiasiyası ilə müqavilə imzalayıb və əməkdaşlıq edib: “Onlar Azərbaycanın turizm potensialını təbliğ etməyi üzərlərinə götürüblər. Bu il ölkəyə Hindistandan gələn turistlərin sayını artıracağıq. Bundan başqa, 2019-cu ildən Hinistandan Azərbaycana birbaşa aviareyslər olacaq”.