Mərkəzi Bank maliyyə savadlılığı portalında (www.bizimpullar.az) mütəmadi olaraq yeni maarifləndirici animasiyalar yerləşdirilir.
Mərkəzi Bankdan
Ucnoqta.az-a verilən məlumata görə, qeyd olunan maarifləndirici materiallardan biri kimi hazırlanan “POS-terminal” adlı animasiyada nağdsız ödənişlərin həcminin artırılmasının vacibliyini nəzərə alaraq nağdsız ödənişlərin üstünlüyü və pos-terminaldan istifadə qaydaları ətraflı izah edilib.
Videoçarxa aşağıdakı linkdə baxa bilərsiniz:
https://bizimpullar.az/popup/media/119?cat=Blocks
Xatırladırıq ki, Portal istifadəçilərin mobil cihaz və yaxud kompüter vasitəsilə hər anda rahat şəkildə maariflənməsinə xidmət edir. Portalda iqtisadiyyat və maliyyə sahəsində informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar və kalkulyatorlar, virtual muzey və məktəblilər üçün rubrika yer almışdır. Həmçinin, xəbərlər bölməsinə daxil olaraq Mərkəzi Bankın maliyyə savadlılığı istiqamətində həyata keçirdiyi tədbirlərlə tanış olmaq mümkündür.