Yeni bal emalı müəssisəsi yaradılacaq

23:34 - 27 Fevral 2018 - İQTİSADİYYAT

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunun prioritet inkişaf sahələri üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
"Ucnoqta.az"  “Trend”ə istinadən xəbər verir ki, işgüzar forumun yekununda SKMF startapların reallaşdırılması, bağçılıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının yaradılması üzrə layihələr qəbul edilib. Eləcə də balın sənaye emalı və qablaşdırılması, tütün emalı müəssisələrinin və qurudulmuş tütün anbarının saxlanması üçün anbarın yaradılması üzrə investisiya layihələrinin qəbuluna başlamaq məqsədə uyğun hesab edilib.
 
SKMF vəsaitlərinin istifadəsi qaydalarına uyğun olaraq sahibkarlar səlahiyyətli kredit təşkilatları vasitəsilə müraciət edə bilərlər.

Xəbər xətti