Bu gün Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan hissəsinin təməli qoyulub.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, təməlqoyma mərasimi Türkmənistan-Əfqanıstan sərhədində yerləşən Sərhədabad şəhəri yaxınlığında olub.
Mərasimdə Türkmənistan Prezidenti Qurbanqulı Berdımühəmmədov, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Pakistanın Baş naziri Şahid Xaqan Abbasi, Hindistanın xarici işlər naziri Mobaşar Caved Əkbər iştirak ediblər.
Qeyd edək ki, TAPI kəmərinin Türkmənistan hissəsinin inşasına 2015-ci ilin dekabr ayında başlanılıb. Türkmənistandan Hindistana qaz nəqlinin 2020-ci ilin əvvəlində başlanması gözlənilir. Kəmər Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədində Fazilka yaşayış məntəqəsinə qədər uzanacaq. Boru xəttinin Türkmənistandan keçən hissəsinin ümumi uzunluğu 1 600 km olacaq. Bu boru kəməri ilə “Qalkınış” yatağından ildə 33 mlrd. kubmetr qaz nəqli nəzərdə tutulur. Boru kəmərinin ümumi uzunluğu 1 814 km, layihənin dəyəri isə 10 mlrd. ABŞ dollarıdır.