TAP-ın Yunanıstan hissəsində tikinti işləri irəliləyir

21:20 - 21 Fevral 2018 - İQTİSADİYYAT

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi üçün zəruri olan bütün xətt boruları artıq çatdırılıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu bunu TAP AG konsorsiumunun Yunanıstan üzrə regional meneceri Katerina Papaleksandri Afina energetika forumunun kuluarlarında deyib.
 

O bildirib ki, Yunanıstanda boru kəmərinin tikintisi ölkənin bütün üç şimal bölgəsində davam etdirilir:
 

"Hazırda TAP-ın Yunanıstanda 550 km-lik marşrutunda 532 km ərazi təmizlənib, 493 km uzunluğunda boru kəmərləri çəkilib, 472 km-lik hissəsində qaynaq işləri görülüb. Yunanıstanda TAP-ın marşrutu boyunca 280 km ərazi bərpa prosesindədir".
 

Regional menecerin sözlərinə görə, bundan başqa, Kipoidəki kompressor stansiyasında tikinti işləri irəliləyir.
 

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TAP-ın ümumi dəyəri 4,5 milyard avro təşkil edir və Tükiyə-Yunanıstan sərhədində digər qaz kəməri ilə - TANAP-la birləşəcək.
 

TAP-ın ilkin gücü ildə 10 milyard kubmetr təşkil edəcək.

Xəbər xətti