Çexiyanın "Tatra" yük maşınlarının Azərbaycanda yığılması 2018-ci ilin mayında başlayacaq.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitzeslav Pivonka deyib.
O qeyd edib ki, may ayında bu prosesin işə salınmasında iştirak etmək üçün Çexiyanın sənaye naziri Tomaş Ginerin Azərbaycana səfəri nəzərdə tutulur.
Qeyd edək ki, bir müddət əvvəl səfir Azərbaycanda istehsal olunan "Tatra" yük maşınlarının xaricə ixrac ediləcəyini bildirmişdi.