Ufa-Bakı birbaşa aviareysi açılır

13:25 - 10 Fevral 2018 - İQTİSADİYYAT

Rusiyanın Ufa şəhəri ilə Bakı arasında birbaşa aviareyslər açılır.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən  xəbər verir ki, uçuşları "Saratov Hava Yolları" şirkəti öz üzərinə götürüb. Artıq şirkət biletləri də satışa çıxarıb.
 

Ufa-Bakı-Ufa reysləri həftənin cümə axşamları yerinə yetiriləcək. Sərnişinlər 29 mart tarixindən etibarən "AN-148" təyyarələri ilə bu reysin xidmətindən yararlanacaqlar.

 

Təyyarələr cümə günü saat 00:15-də Bakı hava limanına eniş edəcək. Uçuş vaxtı 3 saat 20 dəqiqədir. Ufaya isə, 05:40 radələrində havaya qalxan təyyarə 10:00-da hava limanına enəcək.

Hər iki istiqamətdə uçuş biletinin promo-tarif üzrə minimal qiyməti təqribən 600 manat (20 516 rubl) təşkil edir.

Xəbər xətti