Azərbaycanda 10 km dərinlikdə neft yataqlarının axtarışı aparıla bilər

16:49 - 24 Yanvar 2018 - İQTİSADİYYAT

"Beş-on ilə dövlət alimlərin, xüsusən akademik alimlərin qarşısında 10-12 kilometr dərinlikdə neft yataqlarının aşkarlanması tələbini qoyacaq".
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında deyib.
 
"BP şirkəti Meksika körfəzində 10 kilometr dərinliyində neft yatağı aşkar edib. Bu onu göstərdi ki, 10-12 kilometr dərinlikdə neftin olmasını proqnozlaşdırmaq mümkündür. Bizim bu dərinlikdə neftin ola biləcəyi barədə proqnozlar verməyə əsasımız var", - deyə AMEA prezidenti qeyd edib.

Xəbər xətti