Qlobal ərzaq qiymətləri 2017-ci ilin dekabr ayında azalma göstərib.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymət indeksinə əsasən verilib.
FAO-nun statistikasına əsasən, ərzaq qiymətləri indeksi dekabrda illik müqayisədə 3,3 bənd geriləyərək 169,8 təşkil edib. Noyabr ayında isə indeks 175,8 olub. Dekabr ayında ən çox qiyməti azalan məhsullar süd, bitki yağları, şəkər və ət olub.
Qeyd edək ki, 2017-ci ilin yekununda qlobal ərzaq qiymətləri indeksi illik müqayisədə 8,2 bənd artaraq 174,6 təşkil edib. Bu, 2014-cü ildən sonra ən yüksək səviyyə olsa da, 2014-cü ildəki 230 bənd səviyyəsindən 24% aşağıdır.