Məşhur iş adamı yarım milyonluq dələduzluqda günahlandırılır - "Atena"nın sahibi

12:17 - 9 Yanvar 2018 - İQTİSADİYYAT

Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.
 
 
"Report”un məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
 
Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, "Atena” süd məhsulları kombinatının təsisçisi və "Fərhad-91” yun emalı müəssisəsinin sahibidir. 

Xəbər xətti