Brent markalı neft ucuzlaşıb
10:40 - 3 Yanvar 2018 - İQTİSADİYYAT
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% artaraq 60,38 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% azalaraq 66,56 dollar olub.