Milli Məclisin deputatlarının maaşının artması ilə bağlı məlumat yayılıb.
“Ucnoqta.az” “Ölkə.Az”-a istinadən xəbər verir ki, bəzi Kütləvi İnformasiya Vasitələrində millət vəkillərinin maaşının 800 manat artırılması barədə məlumatlar yayılıb. Verilən məlumatlara görə, 2018-ci ildən deputatların maaşı 800 manat artacaq.
Məsələyə aydınlıq gətirmək üçün millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla əlaqə saxladıq. Vahid Əhmədov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, yayılan xəbərlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, deputatların maaşı artırılmayıb.
“Belə bir məlumat yoxdur. Elə bir artım olmayıb. Əgər bu barədə qərar olsaydı, mütləq xəbərimiz olardı”, - deyə V.Əhmədov bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.