Dövlət başçısının göstərişindən sonra Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması həftəsonu kərə yağının qiymətinə təsir edib.
“Ucnoqta.az” Musavat.com-a istinadən xəbər verir ki, paytaxtın iri ticarət mərkəzlərində Yeni Zelandiya istehsalı olan “Golden Grown” markalı kərə yağı 80 qəpik ucuzlaşaraq, 17.10 AZN-dən 16.30-a düşüb. “Westgold” kərə yağının qiymətində də endirim qeydə alınıb. Belə ki, bu kərə yağının bir kiloqramı 70 qəpiyədək ucuzlaşıb. Hazırda yağın qiyməti 16.80 AZN-dir.
Satıcıların bildirdiyinə görə, hələlik yalnız adıçəkilən kərə yağlarının qiyməti enib, bu isə gömrük rüsumlarının aşağı salınması ilə bağlıdır. Hələlik endirimlər duru yağlara tətbiq olunmayıb. Ancaq 2018-ci ilin ilk ayından kərə yağının digər növlərinin qiymətinin də azalacağı, həmçinin qiyməti artıq aşağı düşmüş yağ növlərinin bir daha ucuzlaşacağı barədə xoş xəbər var.