Pensiyalar və maaşlar dekabrın sonuna kimi veriləcəkmi?-Nazirdən Açıqlama

13:09 - 20 Dekabr 2017 - İQTİSADİYYAT

“Bu ilin sonunadək bütün pensiya və müavinətlərin ödənişi həyata keçiriləcək”.

Ucnoqta.az "Ölkə.Az"a istinadən məlumat verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, proses qrafikə uyğun gedir.
 

“Bu gün işğal altında olan rayonların və böyük şəhərlərdə yaşayan pensiyaçıların  pensiyalarının ödənilməsinə başlanıb. Müavinətlərlə bağlı dünən sonuncu ödəmələrin aparılması üçün vəsait açılıb. Bu proses yekunlaşır. Pensiyalar da qrafikə uyğun olaraq aparılır. İşğal altında olan rayonların və böyük şəhərlərdən sonra respublikanın digər şəhər və rayonlarında yaşayanların pensiyaçıların pensiyalarının ödənişi həyata keçiriləcək. Sonda hərbi qulluqçusu kimi xüsusi rütbəli şəxslərin pensiyaçılarının pensiyaları maliyyələşdiriləcək”, - deyə nazir vurğulayıb. 

Xəbər xətti