Balaxanı qəsəbəsində növbəti sosial layihə həyata keçirilir

10:17 - 20 Dekabr 2017 - İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyi ilə Fransanın "CNIM S.A." şirkəti arasında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi zamanı bağlanmış podrat müqaviləsinə əsasən həyata keçirilən sosial layihə çərçivəsində "Təmiz Şəhər" ASC tərəfindən Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min m² təşkil edən yollarında əsaslı təmir-bərpa işləri aparılır və asfalt örtüyü yenilənir.


Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, yolların bərpasında asfaltın alt qatında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində yaranan 460 tondan çox dib külündən istifadə olunub.

Qeyd edək ki, 2013-2015-ci illərdə isə bu sosial layihə çərçivəsində Balaxanı qəsəbəsində ümumi uzunluğu 87 km-dən artıq olan su xətti çəkilib, 5040 ədəd su sayğacı quraşdırılıb və 20 min nəfərdən çox Balaxanı sakini içməli su ilə təmin edilib.

Xəbər xətti