Nağdsız ödəniş əməliyyatlarının genişləndirilməsi üzrə tədbirlər davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi prirotiteti üzrə tədbirləri davam etdirir.
Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bankların və xidmət mərkəzlərinin birgə fəaliyyəti nəticəsində “ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı” (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdırılaraq vətəndaşların istifadəsinə təqdim edilib.
Aparılan əməliyyatların effektivliyinin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış Banklararası Kart Mərkəzi üzərindən keçən əməliyyatlar üzrə interçeync xidmət haqqı sıfır AZN həcmində təyin edilməsi banklarla razılaşdırılıb.