Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılacaq.
Ucnoqta.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Nazir müavini bildirib: “2018-ci ildə, çox qısa bir zamanda “Azerspace-2” peykinin orbitə çıxarılması gözlənilir. Hazırda işlər plana uyğun şəkildə həyata keçirilir. Demək olar ki, son hazırlıq mərhələsidir”.