“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində olacaq.
İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən ixrac missiyasına müsabiqə əsasında seçilmiş və meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 13 şirkət daxildir. Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, ixrac missiyası çərçivəsində Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olacaq, ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəklər.