Bakıda benzin istehsalı artıb

13:18 - 4 Dekabr 2017 - İQTİSADİYYAT

Cari ilin yanvar-oktyabr aylarında Bakının neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2195,5 milyon manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, neft məhsullarından avtomobil benzininin istehsalı 4,7 faiz, neft koksunun istehsalı 6,8 faiz, neft bitumunun istehsalı 16,3 faiz, sürtkü yağlarının istehsalı isə 2,8 dəfə artıb. Hesabat dövründə dizel yanacağının istehsalı 21,2 faiz, yanacaq mazutunun istehsalı 41,9 faiz, ağ neftin istehsalı isə 7,8 faiz azalıb.

Xəbər xətti