Noyabr ayı üzrə aparılmış media monitorinqinin nəticələrinə görə, “Excelsior Hotel & Spa Baku” oteli mətbuatda işıqlanan məlumatların sayına görə birinci olub.
Belə ki, “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə, otelin fəaliyyəti ilə bağlı mətbuatda 142 məlumat işıqlanıb. "Media Consulting & Services" şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565 -dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb.
“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı noyabr ayında mətbuatda 5 pres reliz işıqlamışdır. Cari ilin dekabr ayında da maraqlı tədbirlərin keçirilməsi planlaşdırııb. Otelin yeni xidmətləri haqqında məlumatlar daim opertaiv ictimaiyyətə çatdırılır. Həmçinin, oteldə daim maraqlı və faydalı tədbirlər keçirilir. PR menecerlər arasında keçiriləcək ədəyirmi masada otelçilikdə PR işinin təşkili, bu sahədə beynəlxalq təcrübə və metodlar, həmçinin bunların Azərbaycanda otelçilk PR-ının inkişafına tətbiqi imkanları müzakirə ediləcək. Tədbirdə otel sahəsində çalışan PR mütəxəssislər, ekspertlər bu sahədə öz təcrübələrini bölüşəcək, mövzu ətrafında fikir və təkliflər səsləndiriləcək. Gələcəkdə otelçilikdə mütəxəssislərin peşəkarlıq vərdiş və bacarıqlarının artırılması yönündə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək. Azərbaycanda otelçilik turizminin sürətlə inkişaf etməsi şəraitində otellərin daha səmərəli fəaliyyəti və imiclərinin müsbət formalaşması üçün otelçilik PR-ının inkişafı önəmlidir. Məhz bu baxımdan otelçilik üzrə PR məsələlərinə həsr edilmiş dəyirma masa aktuallıq kəsb edir. Dekabr ayının sonunda “AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin 2017-ci ildə həyata keçirdiyi işlərin illik hesabat təqdimatı olacaq.
“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.