Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üzrə işlər 98,4 faiz başa çatıb.
Ucnoqta.az Trend-in məlumatına istinadən bildirir ki, bunu zavodun direktoru Xəyal Cəfərov Bakıda “Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya” konfransında deyib.
Onun sözlərinə görə, injinirinq işləri və avadanlıq satın alması 100 faiz, tikinti işləri 94,7 faiz, mülki işlər 99,8 faiz, avadanlığın montajı 91,7 faiz icra olunub: “Zavodun tikinti işləri üzrə bütün mexaniki işlərin bu ilin dekabrında başa çatdırmaq planlaşdırılır. İstehsalat 2018-ci ilin birinci yarısında başlayacaq”.