Bankların qiymətli kağızlar bazarında birbaşa iştirakı bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər

10:43 - 28 Noyabr 2017 - İQTİSADİYYAT

Bankların qiymətli kağızlar bazarında birbaşa iştirakı bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər.
 

Ucnoqta.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata istinadən bildirir ki, MBNP-də bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə keçirilən görüşdə bankların kapital bazarlarında birbaşa iştirakı və investisiya xidmətlərini həyata keçirməsi, habelə Mərkəzi Bankın notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar keçirilib.

Görüşdə bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsinin bazarın inkişafında əhəmiyyətli rol oynaya biləcəyi qeyd olunub.

Sonra mövzu ilə bağlı iştirakçıların sualları ətrafında müzakirələr aparılıb, fikirlər dinlənilib. Təqdim edilmiş mövzular üzrə işlərin davam etdirilməsi qərara alınıb.

Xəbər xətti