Noyabrın 27-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 191 min 379 ton məhsul təhvil verilib.
Tədarük olunan məhsulun 55 faizə yaxını Saatlı (25066 ton), Biləsuvar (23359 ton), Bərdə (20494 ton), Ağcabədi (18939 ton) və Sabirabad (16931 ton) rayonlarının payına düşür.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən iki gündə 1811,36 ton pambıq tədarük olunub.
Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.