Nazir Türkiyə səfiri və qonşu ölkənin bank rəhbəri ilə görüşüb

15:51 - 27 Noyabr 2017 - İQTİSADİYYAT

İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirçi ilə görüşüb. 

Bu barədə Ucnoqta.az “Report”a İqtisadiyyat Nazirliyindən bildirilən məlumata istinadən xəbər verir. 


Məlumata görə, görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələri, əməkdaşlığın daha da genişləndirilməsi istiqamətləri müzakirə olunub, Türkiyənin “Ziraat Bankası”na dair təqdimat keçirilib və Bankın Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Xəbər xətti