Tətbiq olunan vergi güzəşti nəticəsində yükdaşımaların həcmi 1,7 faiz artıb

12:50 - 25 Noyabr 2017 - İQTİSADİYYAT

Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərə əsasən, Azərbaycan ərazisindən xarici dövlətlərə daşınan mallar ötən ildən 3 il müddətinə yol vergisindən azad edilib və bu güzəşt dəmir yolu ilə yanaşı, yük avtomobilləri və digər avtonəqliyyat vasitələri ilə daşınan yüklərin ixracına da tətbiq olunur.

 

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda yükdaşımaların həcmi 185,9 milyon ton təşkil edib, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,7 faiz çoxdur.

 

Daşımalarda qeyri-neft məhsullarının həcmi 3,7 faiz artıb.

 

Qeyd olunub ki, yükdaşımalarla bağlı sahibkarlara verilən imtiyazlar, gömrük-vergi güzəştləri və ixrac sənədləş¬dirməsi¬nin asanlaşdırılması həm yerli sahibkarların ixrac qabiliyyətinin, həm də digər dövlətlərə Azərbay¬can üzərindən mal aparan şirkət¬lə¬rin sayının artmasına təkan verir

Xəbər xətti