Mərkəzi Bankda Blokçeyn texnologiyasının tətbiqi imkanları ilə bağlı görüş keçirilib

18:22 - 24 Noyabr 2017 - İQTİSADİYYAT

Görüşdə xarici dövlətlərdə blokçeyn texnologiyasının tətbiqi həlləri, elektron identifikasiya sistemlərinin informasiya və ödəniş sistemlərinə inteqrasiyası imkanları, müvafiq olaraq Gürcüstan və Estoniya təcrübələri barədə geniş müzakirələr aparılıb

 Noyabrın 24-də Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin rəhbərliyi ilə İsveçrənin Cənubi Qafqaz regionu üzrə Əməkdaşlıq Ofisinin regional direktorunun müavini xanım Simone Haeberli və İsveçrənin “Trüb Trading” şirkətinin İdarə Heyətinin sədri cənab Christoph Franzen ilə görüş keçirilib. Mərkəzi Bankdan Ucnoqta.az-a verilən məlumata görə, görüşdə xarici dövlətlərdə blokçeyn texnologiyasının tətbiqi həlləri, elektron identifikasiya sistemlərinin informasiya və ödəniş sistemlərinə inteqrasiyası imkanları, müvafiq olaraq Gürcüstan və Estoniya təcrübələri barədə geniş müzakirələr aparılıb.


Görüşdə həmçinin qurumlar arasında yeni əməkdaşlıq istiqamətləri və perspektivləri müzakirə olunub.

 

Xəbər xətti