Azərbaycanın bank qanunvericiliyi dünya təcrübəsindən 6-7 il geri qalır

23:36 - 24 Noyabr 2017 - İQTİSADİYYAT

Azərbaycanın bank qanunvericiliyi təkmilləşmə baxımından dünya təcrübəsindən 6-7 il geri qalır. Qabaqcıl ölkələrin 2008-2009-cu illərdəki qlobal iqtisadi böhran dövründə atdığı addımlar Azərbaycanda hələ indi atılır.

 

Ucnoqta.azxəbər verir ki, bunu Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev deyib.

Onun sözlərinə görə, hazırda bank qanunvericiliyi “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bankların hesabına nəzərdə tutulmuş hədəflərə çatmağa imkan vermir və sürətlə təkmilləşdirilməlidir.

“Məsələn, Azərbaycanda girov əmlakın məhkəmə qərarı olmadan müsadirəsi təklif olunanda insanlar buna qəddarlıq kimi baxırdı. Amma bu, vaxtında tətbiq edilsəydi, kredit risklərini, bankların itkilərini azaltmaq, real sektorun sabit şəkildə maliyyələşdirilməsini təmin etmək və iş yerlərinin bağlanmasının qarşısını almaq olardı”, - deyə Palata rəsmisi qeyd edib. //Report//

Xəbər xətti