Azərbaycan nefti bahalaşıb

10:19 - 24 Noyabr 2017 - İQTİSADİYYAT

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,38 dollar və yaxud 0,59% artıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 64,80 dollar/barelə bərabər olub.


Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti