“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar bahalaşaraq 64,42 dollar olub
Azərbaycan nefti balaşıb. Belə ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar bahalaşaraq 64,42 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar ucuzlaşaraq 63,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,14 dollar azalaraq 57,88 dollar təşkil edib.