Azərbaycanda ayaqqabı istehsalı azalıb

19:34 - 18 Noyabr 2017 - İQTİSADİYYAT

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 186,2 min cüt ayaqqabı istehsal edilib.

 

Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu ilin 10 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 35,1% az olub.

Oktyabr ayında ölkədə ayaqqabının qiymətində sentyabr ayına nisbətən 0,6% artım qeydə alınıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 18,2% artıb.

Xəbər xətti