Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsinin vaxtı məlum olub. Noyabrın 7-də Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirəsinə başlanacaq. Müzakirələr iki gün davam edəcək.
Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.Apa