2006-cı ilin iyun ayından bu ilin analoji ayının sonuna kimi Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Qazaxıstan və Türkmənistandan da gələn həcmlər daxil olmaqla ümumilikdə təxminən 2,7 mlrd. barrel, yəni 365 mln. tondan artıq xam neft ixrac olunub. Bunu BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qəri Counz bildirib.
"Tərəfdaşlarımızla birlikdə Azərbaycan hökumətinin adından Azəri-Çıraq-Günəşli neft və "Şahdəniz" qaz əməliyyatçıları kimi BP şirkəti 67 mlrd. dollardan artıq investisiya yatırıb və 3,2 mlrd. barreldən çox neft, 85 mlrd. kubmetr qaz, 30 mlrd. kubmetrdən çox səmt qazı və təxminən 170 mln. barrel kondensat hasil edib. Qoyulmuş bu investisiya və səylər nəticəsində dənizdə və quruda yerləşən dünya səviyyəli qurğular, o cümlədən 7 dəniz platforması, 3 emal terminalı və 3 iri ixrac boru kəməri inşa edilib", - deyə o vurğulayıb.