"Başak-İnam Şirkəti" ASC-nin lisenziyası ləğv edilib

18:56 - 6 Oktyabr 2017 - İQTİSADİYYAT

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının bugünkü qərarı ilə "Başak-İnam Şirkəti" ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib. MBNP-dan "Report"a verilən məlumata görə, Palata tərəfindən qeyd olunan qərar "Başak-İnam" sığorta şirkətinin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib. Lisenziyası ləğv olunmuş "Başak-İnam" sığorta şirkətinə MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. 

Xəbər xətti