Rusiyanın “Qazprom” şirkətinin Direktorlar Şurası Azərbaycanda nümayəndəliyin açılması barədə qərar qəbul edib. Bu qərar Direktorlar Şurasının iclasında verilib.
Qeyd edək ki, bu il iyulun 2-də “Qazprom”un İdarə heyətinin sədri Aleksey Millerlə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin işgüzar görüşü keçirilib. Görüş zamanı əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycana təbii qaz tədarükü məsələləri müzakirə olunmuşdu.trend