Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) sentyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb. ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satılıb.
Cari ilin avqust ayında keçirilən valyuta hərraclarında ARDNF 292,6 mln. dollar satıb. Beləliklə, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb.
Ümumilikdə, yanvar-sentyabr ayları ərzində ARDNF valyuta hərraclarında 2 mlrd. 485,72 mln. dollar satıb.
Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.