“Heç bir devalvasiyadan söhbət gedə bilməz”

14:34 - 29 Sentyabr 2017 - İQTİSADİYYAT

“Heç bir devalvasiyadan söhbət gedə bilməz”. Ucnoqta.az xəbər verir ki, AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov sentyabrın 30-da manatın yenidən devalvasiya edib-etməyəcəyi məsələsinə aydınlıq gətirərkən deyib: “Mən bu məsələni eşidib Mərkəzi Bankın rəhbər şəxslərindən olan Alim müəllimlə əlaqə saxladım. O, bildirdi ki, “bankların sabah işləməsinə səbəb 9 aylığın sonuncu gününün olmasıdır. Ödəmələr və bank əməliyyatları var, onlar həyata keçməlidir””.
Vahid Əhmədov manatın kifayət qədər möhkəm olduğunu vurğulayıb: “Manatın arxasında da böyük maliyyə var. Heç bir problem yoxdur”.
Qeyd edək ki, sentyabrın 30-da manatın yenidən devalvasiya ediləcəyi gözlənilir. Buna səbəb isə bəzi banklara sentyabrın 30-da iş başında olmaları tapşırığının verilməsidir.

Xəbər xətti