Azərbaycanın Xəzərdə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 1997-ci ilin noyabrında ilk neftin hasilatına başlanandan 2017-ci il sentyabrın 1-nə qədər 435,6 milyon ton neft və 136,3 milyard kubmetr səmt qazı hasil olunub. Trend-in məlumatına görə, bu barədə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.
X.Yusifzadə bildirib ki, AÇG-də hasil olunan neftin ümumi həcmindən 245 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşür.
Qeyd olunur ki, 2017-ci il sentyabrın 1-nə Azərbaycan tərəfindən dünya bazarlarına ixrac olunan 456 milyon ton neftin 340 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlin payına düşüb.