2017-ci il avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 860,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, onun 10 milyard 336,3 milyon manatı uzunmüddətli kreditlər olub.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,1 faizini və ya 1 milyard 813 milyon manatını təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il avqust ayının 1-nə 6 milyard 860,7 milyon manat təşkil edib.