Səlim Müslümov: "Son 12 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb"
10:44 - 7 Sentyabr 2017 - İQTİSADİYYAT
Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir və bu ölkənin iqtisadi uğurudur.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
S.Müslümov bildirib ki, Azərbaycanda iqtisadi inkişaf nəticəsində əhalinin məşğulluq strukturu da dəyişib.
Nazir qeyd edib ki, əmək bazarında qeydiyyatsız işləyənlərin sayı çoxalıb.
S.Müslümov bildirib ki, Azərbaycanda iqtisadi inkişaf əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir: "Azərbaycan son illərdə iqtisadi inkişaf tempinə görə dünyada ön sıralardadır. Son 12 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, 1 milyondan artıq yeni iş yeri yaradılıb".