“Eurovision” təmsilçimiz Səmra Rəhimli media nümayəndələri ilə görüşüb. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, ifaçı tədbirdə ifa etdiyi “Tərs gedir” adlı yeni klipini təqdim edib. O bildirib ki, bəstənin müəllifləri Orxan Qarabasma və Anar RG-dir. “Tərs gedir” adlı mahnının rejissorluğunu Fərhad Əli edib: “Mahnını çox bəyəndim, ona görə ifa etdim. Bir çox mahnılar var, amma bunu qabağa saldım. “Tərs gedir” ifadəsinin mənası işlərin yolunda getməməsi kimi təqdim olunmur. Burada unudulması mümkünsüz olan sevgidən danışılır. Hər kəsin həyatında unuda bilmədiyi adamlar var. Çəkiliş zamanı bütün yük anamın üzərinə düşür. Hər şeyi hazırlayır, mən gəlib çəkilib gedirəm. Geyimlərimi də anam düşünür. Çəkilişdə çətin məqamlar çox idi. Onlarda biri də elə taxtaların yandırıldığı kadr oldu".