Bu il ölkədə neft emalı məhsullarının istehlakı artıb
14:45 - 15 Avqust 2017 - İQTİSADİYYAT
2017-ci ilin yanvar-iyun aylarında ölkədə neft emalı məhsullarının istehlakı 1,9 mln. ton olub və 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1% azalıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumi istehlakın 32,4%-ni avtomobil benzini, 31,5%-ni dizel yanacağı, 16,9%-ni mazut yanacağı, 5,3%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 3,9%-ni aviasiya üçün və sair ağ neft, 4%-ni neft bitumu, 3,7-ni maye qaz, 1,1%-ini sürtkü yağları, 1,2%-ni isə digər neft emalı məhsulları təşkil edib.
Qeyd edək ki, bu ilin 6 ayında ölkədə avtomobil benzininin istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artaraq 615,7 min ton təşkil edib. Müqayisə olunan dövrdə dizel yanacağının istehlakı 38,8% artaraq 599,3 min ton təşkil edib.