Biləsuvar rayonunda kanalda meyit aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Meyiti tapılan şəxsin avqustun 5-də İmişli rayonunun Çaxırlı kəndində kanalda çimərkən batdığı bildirilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğlu olduğu ehtimal edilir.
Əlavə məlumat veriləcək.