Lənkəranda 6 günlük nəvəsini öldürən nənə həbs olunub

13:04 - 6 Avqust 2017 - Xəbər

Lənkəranda 6 günlük nəvəsini öldürərək quyuya atan nənə həbs olunub. Ucnoqta.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclası keçirilib. İstintaqın gedişində cinayəti törətməsinə ciddi əsaslar olduğu müəyyən edildiyindən öldürülən 6 günlük körpə Mələk Nuriyevanın nənəsi Atifə Nuriyevaya barəsində dörd ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Xəbər xətti