“Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində Danimarka çempionu “Kopenhagen”lə keçirəcəyi oyunların tarixləri müəyyənləşib. Ucnoqta.az xəbər verir ki, “Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu kollektivlər arasında ilk görüş avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Cavab qarşılaşması isə avqustun 23-də Kopenhagen şəhərindəki “Parken” stadionunda oynanılacaq.