"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

14:16 - 4 Avqust 2017 - İDMAN

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Püşkatmannın nəticələrinə əsasən, "Qarabağ" Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq. İlk görüş "Qarabağ"ın meydanında baş tutacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk görüşləri 15-16 avqust, cavab görüşləri 22-23 avqust tarixlərində keçiriləcək.
“Qarabağ” üçüncü təsnifat mərhələsində Moldovanın “Şerif” komandasını üstələyərək ilk dəfə ÇL-nin pley-off mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu adını qazanıb.trend

Xəbər xətti