İyulun 11-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Mərkəzi Bankdan verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7020 səviyyəsində formalaşıb.
Qeyd edək ki, iyulun 11-də rəsmi məzənnə 1 ABŞ dolları = 1,7022 manat səviyyəsində müəyyən olunub.