Azərbaycanda bitkilərdən yüksək məhsuldarlıq əldə etməyə imkan verən yeni maddə yaradılıb- FOTO

10:40 - 12 Mart 2017 - ÖLKƏ İÇİ

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış yeni boy maddələri uğurlu sahə sınaqlarından keçib.  İnstitutdan ucnoqta.az-a verilən məlumata görə, bu boy maddələri pambıq, qarğıdalı, noxud, taxıl və s. bitkilərindən yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Boy maddəsinin 20 qramı 400 litr suda həll edilir və 180 kq pambıq çiyidi 24 saat bu məhlulda saxlanıldıqdan sonra sahəyə səpilir. Nəticədə faktiki olaraq 100%-li bitiş əldə olunur. Bitki sürətlə böyüyür, bir kolda qozaların sayı bir neçə dəfə çox olur.
Boy maddələri eyni zamanda meyvə tinglərinin (nar, tut, alça, alma, üzüm, badam, zeytun və s.) yetişməsində də uğurla sınaqdan keçmişdir.
Boy maddəsi ətraf mühit üçün ekoloji gərginlik yaratmır.


Xəbər xətti